Barak Obama : "2014-cü ilin amerikalılar üçün yaxşı işlər və yaxşı maaşlar ili olmasını istəyirəm"

ABŞ prezidenti 2014-cü ilin amerikalılar üçün yaxşı işlər və yaxşı maaşlar ili olmasını istədiyini bildirib.

Həftəlik radio müraciəti zamanı Barak Obama deyib ki, bu il Konqreslə birgə çalışmaqla xarici rəqabətə görə itirilən iş yerlərinin bərpasına çalışacaq.

ABŞ dövlət başçısı bildirib ki, Konqresin bu sahədə iş görməkdən imtina etdiyi təqdirdə o, işləmək istəyən hər bir şəxsə imkan yaradılması sahəsində özü tək iş aparacaq.