Barak Obama: 2014 güclü il olub

ABŞ prezidenti 2014-cü ili Amerika üçün önəmli il adlandırıb.

Barak Obama deyib ki, 1990-cı illərdən bəri 2014 yeni iş yerlərinin açılışı və işsizliyin son 30 ildə daha tez azalması baxımından güclü il olub.

ABŞ dövlət başçısı 10 milyon amerikalını tibbi sığorta ilə təmin edən sağlamlıq sığortası proqramını alqışlayıb.

Həftəlik müraciəti zamanı Obama bizneslərin 240 min yeni iş yeri açdığını və işsizliyin 5.6 faizə endiyini vurğulayıb.

ABŞ prezidentinin müraciəti Tennessi ştatının Pellissippi Kollecində səslənib. Orada Barak Obama ikiillik pulsuz kollec təhsili barədə yeni planını açıqlayıb.