Obama Hiroşimada keçmişlə üzləşib
Your browser doesn’t support HTML5
ABŞ prezidenti Barak Obama Yaponiyanın baş naziri Şinzo Abenin müşayiətilə Hiroşimanın Sülh Parkını ziyarət edərək tarixə imza atıb. Hiroşima Amerika hərbi təyyarələrinin İkinci Dünya Müharibəsində 1945-ci ilin avqustun 6-da ilk atom bombasını atdığı şəhərdir. Nəticədə minlərlə insan ölüb, bir nəsil insan isə şüalanma məruz qalıb.