ABŞ prezidenti Barak Obama baş nazir Narendra Modi ilə iqlim dəyişikliyi və iqtisadi əlaqələr barədə danışıqlar aparmaq üçün Hindistana səfər edib.
Cənab Obama Hindistanın Respublika Gününə qatılacaq ilk ABŞ prezidenti olacaq. Hər il yanvarın 26-da Hindistan 1950-ci ildə ölkə Konstitusiyasının qüvvəyə minməsi günü Respublika Günü kimi qeyd edir.
Bu səfər keçən il cənab Modinin Vaşinqtona səfəri zamanı razılaşdırılmışdı. Hindistan lideri prezident və birinci xanımı mərasimə qonaq kimi dəvət etmişdi.
Prezidentin Hindistana səfərinə ikitərəfli zirvə görüşü, ABŞ və Hindistan biznes liderləri arasında iqtisadi danışıqlar daxildir.