Konqres "Obamacare" vebsaytındakı problemlərə dair dinləmə keçirir

Federal hökumətin oktyabr ayının 1-də işıq üzü görən tibbi sığorta portalına cavabdeh kontaktorlar bu gün Konqres qarşısına çıxacaqlar. Dinləmədə vebsaytda üzləşilən çoxsaylı problemlər müzakirə olunacaq.

Özəl tibbi sığorta əldə etmək üçün (www.healthcare.gov) səhifəsinə girərək, müxtəlif planlarla maraqlanan minlərlə amerikalı səhifədə ciddi maneələrlə rastlaşıb.

Barak Obama administrasiyasından nümayəndələr səhifədəki nasazlıqları aradan qaldırmaq üçün ölkənin müxtəlif aparıcı tibbi sığorta şirkətlərinin başçıları ilə Ağ Evdə görüşüblər.

Ağ Evin bildirdiyinə görə, problemin həll edilməsi üçün onlar hökumət və özəl sektorların texniki ekspertləri ilə də müzakirələr aparıb.

Prezident Obamanın səhiyyə islahatları respublikaçılar sərt müqavimət ilə üzləşib. Bu proqramın hökumətin özəl tibbi sektora müdaxiləsi kimi qiymətləndirən Respublikaçılar yaranan gündən təşəbbüsü ləğv etməyə can atırlar, və vebsaytdakı problemlər onlara əlavə əsaslar verib.