Prezident Obama silahlara nəzarətə çağırır

ABŞ prezidenti Barak Obama silahlara nəzarət məsələsinə ictimai dəstəyi bir daha vurğulayaraq fəaliyyət göstərməyin labüd olduğunu deyib.

Prezident Obama silahlara nəzarətə dair mesajını ABŞ-ın şimalında Minnesota ştatının Minneapolis şəhərində çıxışı zamanı verib.

Hüquq-mühafizə orqanları işçilərinin iştirak etdiyi tədbirdə danışan prezident Obama amerikalları vətəndaşları qorumaq üçün lazım olan addımların atılması məqsədilə Konqresə təzyiq göstərməyə çağırıb.

Cənab Obama silah alan hər bir adamlar haqda məlumatların yoxlanması, hərbi döyüş silahlarının satışının qadağan edilməsinə çağırıb.

ABŞ prezidenti silahlara nəzarət məsələsini dekabr ayında Konnektikut ştatının Nyutaun ibtidai məktəbində 20 uşağın və 6 məüllimənin ölümülə nəticələnmiş qətliamdan sonra gündəmə gətirib.