Obamalar ailəsi Vaşinqtonda ev alır

ABŞ-ın sabiq prezidenti Barak Obama və xanımı Mişel Obama Ağ Evə yaxın bir yerdə ev almaq qərarına gəlib.

Yanvar ayında hakimiyyəti tərk etdikdən sonra cütlük zəngin Kalorama məhəlləsində-diplomatlar, lobbiçilər və siyasətçilərin yaşadığı ərazidə ev icarələmişdi. 9 yataq otağı olan 2500 kv.mertlik malikanənin aylıq icarəsi 22 min dollar təşkil edirdi.

Obamaların icarə etdiyi ev

Obamaların kiçik qızı Saşa Vaşinqtonda məktəbə gedir və hələ məzun olmasına iki il qalır.

Obamaların yeni evinin dəyəri 8.1 milyon dollardır. Bu evin sahibi Bill Klintonun hakimiyyəti dövründə Ağ Evin mətbuat xidmətinin rəhbəri Co Lokhar olub.

Obamaların qonşuları Donald Trampın qızı İvanka və dövlət katibi Reks Tillersondur.

Obamanın sözçüsü sabiq birinci ailənin 2 ildən artıq Vaşinqtonda qalacağını və icarədənsə, ev almaq fikrinə düşdüklərini deyib.

Obamaların öz evləri Amerikanın üçüncü ən böyük şəhəri Çikaqodadır.

Obama son yüzillikdə vəzifəsini tərk etdikdən sonra Vaşinqtonda qalan ilk prezidentdir.

Son dəfə XX əsrin əvvəllərində Vidru Uilson Vaşinqtonu tərk etməmişdi.