Obama administrasiyası ABŞ-ın xarici neftdən asılılığının azaldığını bildirir

  • Amerikanın səsi

Obama administrasiyası Amerikanın xarici neftdən asılılığının azaldılması işində inkişafın müşahidə edildiyini, lakin yanacaq qiymətlərinin yüksək qaldığını və görüləsi işlərin hələ də çox olduğunu bildirib.

Ağ Ev bununla bağlı bəyanatı xarici neft istehlakının azaldılması səylərində inkişaf və ölkənin özündə enerji hasilatının genişləndirilməsinə dair hesabat prezidentə təqdim edilən vaxt açıqlayıb.

Hesabatda deyilir ki, Birləşmiş Ştatlar keçən il neft ixracatını 10 faiz və ya gündə bir milyon barrel azaldıb. Burada həmçinin ölkədə neft və təbii qaz hasilatının artırıldığı, habelə enerji standartlarının və yeniləşən enerji sahəsində səylərin yaxşılaşdırıldığı da qeyd edilir.

Hesabat amerikalılar arasında yanacaq qiymətlərinin artması ilə bağlı narahatlıqların artdığı vaxt açıqlanır.

Yeni sorğular prezidentin reytinqinin bir ay əvvəl 50 faizlə müqayisədə 46 faiz endiyini göstəriri. Washington Post və ABC xəbər şirkətinin birgə keçirdiyi sorğuda iştirak edən respondentlərin üçdə ikisi prezidentin yanacaq qiymətlərilə bağlı siyasətindən razı qalmadıqlarını bildirib.