Prezident Obama Ebola xəstəliyi ilə əlaqədar kabinet üzvlərinin iclasını keçirir

ABŞ prezidenti Barak Obama bu gün Konnektikut ştatına səfərini təxirə salaraq, Ağ Evdə Ebola xəstəliyi ilə əlaqədar kabinet üzvlərinin təcili iclasını keçirmək haqda qərar verib.

Ağ Evin sözçüsü Coş Ernst perzidentin vəziyyətlə əlaqədar federal hökumətin bütün lazımi resurslardan istifadə edə bilməsinə əmin olmaq istədiyni bildirib.

i ilə əlaqədar kabinet üzvlərinin təcili iclasını keçirəcəyini elan edib.

Prezident Obamanın təcili iclas keçirməsi Ebola virusuna yoluxmuş ikinci tibb işçisinin xəstəliyin simptomlarının üzə çıxmasından öncə Birləşmiş Ştatlar daxilində təyyarə ilə uçduğu haqda məlumat verildikdən sonra elan edilib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqladığı bəyanatda tibb işçisinin oktyabrın 13-də Ohayo ştatında Klivlend şəhərindən Frontier hava yolları şirkətinin təyyarəsi ilə Texasda Dallas hava limanına uçduğu bildirilir.

Agenlik və hava yolları şirkəti 1143 nömrəli uçuşu icra edən təyyarədə olan 132 sərnişinlərin axtarılıb tapılmasına çalışdığını bildirib.

Təyyarənin ekipaj üzvlərinin sözlərinə görə, tibb bacısı Amber Vinson uçuş zamanı xəstəliyin simptomlarına malik olmayıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Tom Friden bu gün mətbuat konfransında deyib ki, Ebola xəstəliyi ilə əlaqədar müşahidə altında olan şəxslər sərnişin təyyarələrində səfər etməməlidir.