Obama təqib edilən jurnalistlərlə görüşüb [Video]

Your browser doesn’t support HTML5

Ağ Evə dəvət olunan jurnalistlərin sırasında Amerikanın Səsinin Rusiya xidmətinin əməkdaşı Fatima Tlisova olub

ABŞ prezidenti Barak Obama onları susdurmağa çalışan hökümətlərin təhlükə və təqiblərə baxmayaraq dünyanın qaynar nöqtələrindən məlumat verən jurnalistləri şərəfləndirib.Bu bazar günü qeyd olunan Dünya Mətbuat Azadlığı günü münasibətilə cənab Obama cümə günü üç jurnalisti Ağ Evə dəvət edib. Onların sırasına Amerikanın Səsinin əməkdaşı Fatima Tlisova daxil olub.

Jurnalistlər biz vətəndaşlara ölkələrimiz, özümüz və hökümətlərimiz barədə həqiqəti öyrənmək şansı verirlər. Bu bizi təkmilləşdirir, gücləndirir.
Barak Obama

Prezident Obama cümə günü vyetnamlı jurnalist Dieu Cay, efiopiyalı Lily Mangesha və rusiyalı Fatima Tlisova ilə görüşüb. Hər üç jurnalist hökümətlərinin gizlətməyə çalışdığı həqiqətləri üzə çıxardıqları üçün təzyiqlərlə üzləşib, həbs edilib və hətta işgəncəyə məruz qalıb.

“Jurnalistlər biz vətəndaşlara ölkələrimiz, özümüz və hökümətlərimiz barədə həqiqəti öyrənmək şansı verirlər. Bu, bizi təkmilləşdirir, gücləndirir. Jurnalistlər səssizlərə səs verir, ədalətsizliyi ifşa edir və mənim kimi liderləri cavabdeh tutur.”

Fatima Tlisova Ağ Evdəki mərasimdə.

Tlisova bu duyğu dolu görüş zamanı cənab Obamanın onun valideyinlərinə ünvanlanmış əli ilə yazdığı bir məktub verdiyini deyib. Məktubda Obama Tlisovanın valideyinlərinə qızlarının cəsarətinə görə minnətdarlığını bildirib. Jurnalist Rusiyanın Şimali Qafqazda keçirdiyi hərbi əməliyyatlarının amansızlıqları barədə məlumat verdiyi üçün həbs olunub, təhdid edilib və işgəncələrə məruz qalıb.

Rusiyadakı mətbuat azadlığının vəziyyəti sürətlə pisləşir. KİV-lərin əksəriyyəti hökümət tərəfindən idarə olunur. Müstəqil səslər getdikcə azalır. Jurnalistlər öldürülürlər, həbs olunurlar və təzyiqlərə məruz qalırlar
Fatima Tlisova

“Rusiyadakı mətbuat azadlığının vəziyyəti sürətlə pisləşir. KİV-lərin əksəriyyəti hökümət tərəfindən idarə olunur. Müstəqil səslər getdikcə azalır. Jurnalistlər öldürülürlər, həbs olunurlar və təzyiqlərə məruz qalırlar. Senzura yüksəkdir və jurnalsitləri öldürməklə digərlərinə göndərlinə mesaj elə güclüdür ki, mətbuat orqanları fəaliyyətlərini davam etdirmək üçün özləri özlərinə qarşı senzura tətbiq edirlər.”

Prezident Obama insanın təhlükə olmadan özünü ifadə etmək hüququnun ümümbəşəri bir insan haqqı olduğunu və Birləşmiş Ştatların bu hüqüqu müdafiə etməyə davam edəcəyini bildirib.