Barak Obamanın Çinə səfəri qarışıqlıqla müşayiət edilib

Sentyabrın 4-də Çində Böyük 20-liyin sammiti rəsmi işinə başlayıb. Sammitin əsas müzakirə mövzusu qlobal iqtisadi inkişafın yeni yollarının axtarılmasıdır.

Çin ilk dəfədir ki, Böyük 20-liyin sammitinə ev sahibliyi edir.

ABŞ prezidentinin Çinə səfəri qarışıqlıqla müşayiət edilib. Belə ki, dünən prezident Hanqzhou hava limanına çatdıqda təyyarənin pilləri hazır olmayıb. Digər mübahisələr də narahatlıq mövzusuna çevrilib. Obama təyyarədən enərkən digər dövlət başçılarının ayaqları altına salınan qırmızı xalı da olmayıb.

Ağ Evin foto-müxbirlərinin prezidentin şəkillərini çəkməsinə imkan verilməyib. Ağ Ev rəsmisi müdaxilə etdikdə ona “Bura bizim ölkəmiz, bizim hava limanımızdır”-deə Çin rəsmisi bildirib.

Bu yalnız başlanğıc idi.

Eyni Çin rəsmisi ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Raysın prezidentin kortejinə yaxınlaşmasına mane olub. Məsələyə Amerikanın Kəşfiyyat xitmətinin işçisi müdaxilə etməli olub.

Həmin axşam Çinlə ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı Paris sazişinə qoşulmasının bəyanatına adir mərasiminin 3 saat yarımdan box gecikdirilməsi gərginlikləri daha da artırıb.

Bu dəfə mübahisə prezident Obama ilə Çinin dövlət başçısı Tsi Cinping görüşünə neçə jurnalistin buraxılmasına dair olub. Çin 6 jurnalistdən 3-nə, daha sonra isə 1-nə zala daxil olmağa icazə verib.

“Bu, bizim tərtibatdır”-deyə Çin rəsmisi Ağ Ev nümayəndəsinə bildirib.

Uzun mübahisədən sonra tərəflər iki jurnalistin tədbiri işıqlandırmasına dair razılığıa gəlib.

Suzan Rays

Mətbuat konfransında baş verənlərə dair Obamaya ünvanlanan sualın cavabın o deyib ki, bəzən təhlükəsizlik və mətbuat məsəıələrində anlaşılmazlıqlar yaşanır və o, buna çox da əhəmiyyət vermək istəmir.

İnsidentlər prezident Obamanın səfəri ilə kifayətlənmir.

Ötən həftə dövlət katibi Con Kerri ilə Böyük 20-liyin sammitində iştirak etmək üçün jurnalistlərin viza müraciəti rədd edilib.

Amerikanın Səsinin Mandarin redaksiyasının da əməkdaşlarının akkreditasiyasına da rədd cavabı verilib.