Obamalar Çikaqoda kitabxana və muzeyi müzakirə edəcək

ABŞ-ın keçmiş prezidenti Barak Obama və keçmiş birinci xanım Mişel Obama prezident kitabxanası və muzeylə bağlı planları icma üzvləri ilə müzakirə etmək üçün Çikaqoya səfər edəcəklər.

Obama Fondunun verdiyi açıqlamada deyilir ki, onlar Çikaqoda Obama Prezident Mərkəzinin yaradılması planlarına dair işlərin gedişi ilə bağlı icma üzvlərinə məlumat vermək məqsədilə dəyirmi masa müzakirələri keçirəcəklər.

ABŞ-ın keçmiş prezidenti Barak Obama Çikaqo universitetində gənclər forumunda nitq söyləyir

Mərkəz Çikaqo şəhərinin cənub hissəsində yerləşəcək. Obamalar həmçinin icma üzvlərinin prezident kitabxanası ilə bağlı fikirləri ilə tanış olacaqlar.

Muzey və kitabxanada sərgilərin təşkili Nyu-Yorkda yerləşən Ralph Appelbaum assosiyasına həvalə edilib. Şirkət media sahəsində təcrübəsi olan təşkilatlar və ayr-ayrı işçiləri layihənin icrasına cəlb edib.

Obama Fondunun bildirdiyinə görə, sərgilərin əsas hissəsi azlıqlar və qadınlara məxsus şirkətlər tərəfindən hazırlanacaq.

Layihənin yüz milyonlarla dollara başa gələcəyi gözlənilir.