ABŞ prezidentinin büdcə planı vergi gəlirlərinin artırılmasını nəzərdə tutur

ABŞ prezidenti Barak Obamanın təklif etdiyi 2015-ci il büdcə planına görə, gələn 10 il ərzində vergi gəlirləri 1.4 trillion artmalı, büdcə defisiti 1,05 trillion azalmalıdır.

Bununla belə əlavə məsrəflər qarşılanmalıdır. Bu haqda məlumatı ABŞ Konqresinin büdcə idarəsi verib.

Konqresin prezidentin planını təsdiq etmək ehtimalı cüzidir.

Büdcə idarəsinin son təhlilləri həm demokratlar, həm də respublikaçıların seçkiqabağı çıxışlarına baza yaratmış olacaq.

ABŞ-da Konqres seçkiləri noyabr ayında keçiriləcək.