Barak Obama ABŞ prezidenti kimi ilk dəfə Berlinə səfər edib

ABŞ prezidenti Barak Obama bu gün Berlin çıxışı zamanı dünyanın nüvə silahlarından azad edilməsinə dair baxışları ilə bölüşəcək.

Obama administrasiyasının bildirdiyinə görə, ABŞ dövlət başçısı Amerika və Rusiyanı 2009-cu il sazişində razılaşdırılan strateji nüvə başlıqlarının üçdə bir hissəsinin ixtisarına çağırmalıdır. STATR adlanan sazişdə tərəflərin 2018-ci ilədək cəbbəxanalarında 1550 ədəd başlığın ixtisarı nəzərdə tutulur.

Barak Obama çıxışı zamanı nüvə bombalarında istifadə edilən ovulan materialların istehsalının dayandırılmasına çağıran sazişin yeniləndirilməsinə səsləyəcək. Saziş Rusiya da daxil edilməklə, 159 ölkə tərəfindən ratifikasiyası edilib.

Çıxışından əvvəl prezident Almaniya kansleri Angela Merkellə Suriya, Əfqanıstan, ABŞ-ın telefon və İnternetə nəzarət məsələlərini müzakirə edib.

Birgə mətbuat konfransında xanım Merkel deyib ki, düşmənlər və opponentlər internet vasitəsi ilə demokratiyaya təhlükə yarada bilər. O, təhlükələrə nəzarət və azadlıqların qorunması arasında balans və proporsiyaların saxlanmasının vacibliyini vurğulayıb.

ABŞ dövlət başçısı isə İnternetə nəzarət proqramının məhdud olduğunu və ondan adi insanların elektron poçtlarının yoxlanmasında istifadə edilməyəcəyini deyib. Barak Obama bildirib ki, proqrama federal məhkəmə nəzarət edəcək.