İkinci dönəm prezident seçkilərinin qalibi Barak Obama bu gün Ağ Evdə keçirilən özəl mərasimdə rəsmən and içərək vəzifəsinə başlayib.
ABŞ konstitusiyasına əsasən prezidentlər yanvar ayının 20-də and içməlidir. Bu il tarix bazar gününə təsadüf etdiyi üçün ənənəvi ictimai mərasim yanvar ayının 21-i keçiriləcək. Amerikanın 44-cü prezidenti ABŞ-ın baş hakimi Con Roberts qarşısında, birinci xanım Mişel Obamanın ailəsinə məxsus İncil üzərində and içib.
Sabahkı mərasimin keçən dəfə ilə müqayisədə o qədər də möhtəşəm olacağı gözlənilmir. Obamanın ilk andiçmə mərasimnə 2009-cu ildə 2 milyona yaxın insan toplaşmışdı. Bu il iştirakçıların sayının 800 min nəfər olacağı təxmin edilir.
Obama sabah iki tarixi İncil-19-cu əsrdə Abraham Linkolnun, digəri isə 1968-ci ildə sui-qəsdin qurbanı olan vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin İncili üzərində and içəcək.
Andicmə Kinqin ad gününə təsadüf edir.
Ənənəvi müraciətindən sonra ABŞ dövlət başçısı İnaqurasiya paradına qatılacaq, onun şərəfinə təşkil edilən iki rəsmi balda iştirak edəcək. 2009-cu ildə 10 bu kimi bal keçirilmişdi.