ABŞ prezidenti Barak Obama Ümumdünya QİÇS günü xəstəliklə mübarizə məqsədilə əlavə 50 milyon dollar vəsait ayrıldığını elan edib. Bu vəsait ABŞ-ın özündə QİÇS xəstəliyi ilə mübarizə və dünya ölkələrində 2 milyondan çox insanın müalicəsinə sərf olunacaq.
Cənab Obama deyib ki, xəstəliklə mübarizədə qalib gəlmək mümkündür, lakin bunun üçün mübarizəni davam etdirmək lazımdır. ABŞ prezidenti 1,2 milyon amerikalının QİÇS xəstəsi olduğunu deyib. O əlavə edib ki, dünyanın o biri ölkələrində QİÇS xəstələrinin sayı azalsa da, Birləşmiş Ştatlarda bu müşahidə edilmir.
QİÇS 1980-ci illərdə yayılmağa başlayadan xəstəlik səbəbi ilə 30 milyondan çox insan həyatını itirib. Prezident Obama son 3 il ərzində afro-amerikalı homoseksual kişilər arasında QİÇS xəstələrinin sayının təxminən 50 faiz artdığını bildirib.