Barak Obama Keniyaya səfərə hazırlaşır

ABŞ prezidenti Barak Obama bugün atasının vətəni olan Keniyaya və daha sonra Efiopiyaya səfər edəcək.

Cənab Obama cümə günü Keniyada olacaq. O, Nayrobidə keçiriləcək Global Sahibkarlıq Sammitində iştirak edəcək.

Prezidentin atasının kəndinin camaatı ümid edir ki, o, kəndə qeyri-rəsmi səfər edəcək və nənəsi Sarah Obamaya baş çəkəcək.

Cənab Obama Efiopiyaya səfər edən ilk Amerika prezidenti olacaq. İnsan haqqları qrupu cənab Obamanın Efiopiyaya səfərini tənqid edib. Qrup ölkədə müxaliflərə qarşı münasibəti pisləyir.

Çərşənbə günü cənab Obama Ağ Evdə Afrika ilə ticarət əlaqələri haqda çıxış edib və Afrika İnkişaf və İmkan Aktını imzalayıb. O deyib ki, Afrika çətinliklərə baxmayaraq dünyada sürətlə böyüyən bazardır. Prezident Obama bu qitənin qlobal iqtisadi fürsətlər üçün növbəti mərkəz olacağını bildirib.

O, ticarət anlaşmasının Afrikada insan haqları, əmək məcəlləsi və idarəetmə sahələrini yaxşılaşdıracağına ümid etdiyini deyib.