ABŞ prezidenti Afrika səfərinə başlayır

Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün ticarət, investisiya və ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı müzakirələr aparmaq üçün Afrikaya bir həftəlik rəsmi səfərə gedir. Cənab Obama ilk dayanacağı Seneqal olacaq və prezident Maki Sal ilə birlikdə regional məhkəmə rəhbərləri ilə qanunla bağlı müzakirələrdə iştirak edəcək.

Seneqaldan sonra cənab Obama Cənubi Afrika Respublikasını və sabiq prezident Nelson Mandellanın 20 ilə yaxın saxlandığı Robben adasındakı həbsxananı ziyarət etməyi planlaşdırır. Vətənə qayıtmazdan əvvəl cənab Obama Tanzaniyaya da səfər edəcək.

Beynəlxalq Cinayət Məhkəməsinin Keniya prezidenti və vitse-prezidentinə insanlığa qarşı cinayət ittihamı irəli sürdüyünə görə, cənab Obama atasının doğulduğu ölkəyə səfər etməyəcək.