Obama administrasiyasının rəhbər üzvləri arasında fikir ayrılığı var

Yüksək səviyyəli milli təhlükəsizlik üzrə məsləhətçilər cənab Obamanın Əfqanıstan planının işləməsinə tərəddüd edir

Tanınmış ABŞ jurnalisti deyir ki, Obama administrasiyasının rəhbər üzvləri arasında prezidentin Əfqanıstanda müharibə strategiyasına dair məsələdə fikir ayrılığı var. Bir neçə yüksək səviyyəli milli təhlükəsizlik üzrə məsləhətçi cənab Obamanın planının işləməsinə tərəddüd edir. Washington PostNew York Times hər ikisi bu gün cənab Obamanı və onun administrasiyasının üzvləri ilə müsahibə aparan Bob Vudvardın nəşr edəcəyi kitabından nümunələr yayımlayıb. Mənbələr bildirir ki, hərbi liderlər cənab Obamaya Əfqanıstana əlavə 30 000 qoşun göndərəcəyini elan edəndən sonar təzyiq göstərməkdə davam edərək daha çox resurs tələb ediblər. Onlar bildirib ki, cənab Obama kitabda yer alan altı-səhifəlik memorandumda qoşunlara aid strategiyanın məqsədlərini aydın şəkildə qeyd edir ki, hərbiçilər onun qərarını yanlış şərh etməsinlər. Times məlumat verir ki, baxmayaraq ki, məsələ ictimayyətin nəzərinə çatdırılıb, kitabda fikir ayrılıqlarının əvvəlkindən daha dərin olması qeyd edilir.