Qərb ölkələri İrana qarşı iqtisadi təyziqləri artırır. Britaniya Maliyə Nazirliyinin rəhbəri Corc Osborn bu gün bildirib ki, Britaniya İranın Mərkəzi Bankıda daxil olmaqla İrandakı bütün banklarla biznes əməliyyatlarını dayandıracaq. O deyib ki, bu ilk dəfədir ki, Britaniya bir ölkənin bütünbank sektoru ilə əlaqələri kəsib. Elan Obama administrasiyası İran əleyhinə yeni sanksiyaları elan edəcəyinə hazırlaşıdığı bir ana təsadüf edib. ABŞ mətbuatı Obama administrasiyasının İranın əleyhinə yeni sanksiyaları bu gün elan edəcəyi barədə məlumat verib. Adları gizli saxlanılan ABŞ rəsmilərinə istinadən bildirilir ki, ABŞ Dövlət Departamenti xarici şirkətləri İranın neft-kimya sənayesinə yatırım etməməyə çağırmaq məqsədi ilə İranın əmtəə və xidmətlərinə sanksiya tətbiq edəcək.