Barak Obama: Təhsilləri və peşələri eyni olan qadınların kişilərdən az maağ alması utandırıcı haldır

ABŞ prezidenti eyni vəzifələrdə çalışan qadınlarla kişilərin məvaciblərinin bərabərləşdirilməsinə çağırıb.

Həftəlik radio müraciəti zamanı Barak Obama deyib ki, təhsilləri və peşələri eyni olan qadınların kişilərdən az maağ alması utandırıcı haldır.

ABŞ dövlət başçısı bu həftə maaşlarının miqdarını müzakirə edən işçilərə qarşı qısası yasaqlayan fərman imzalayıb. Fərmanda qadınların məvaciblərinə dair məlumatlandırılmasına göstəriş verilir.

Qadınların bərabər məvacib vədləri demokratların seçkilərdəki qələbəsini təmin edə bilər.

Respublikaçıların həftəlik müraciətini edən Konqres nümayəndəsi Keti Makmorris deyib ki, prezident Obamanın iqtisadi siyasəti qadınların mənafeyinə xidmət etmir. O bildirib ki, respublikaçıların kiçik biznesləri dəstəkləməsi və yeni iş yerlərinin açılması səyləri qadın və kişilərə imtiyaz verə bilər.