Nərmin Şahmarzadə: Cəmiyyətin qadın qətlləri məsələsinə yanaşmasında müəyyən dəyişikliklər var

Your browser doesn’t support HTML5

Keçən həftə bir qrup qadın hüquqları fəalı həyat yoldaşı tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovaya qarşı zorakılığın qarşısının vaxtında alınmamasına etiraz olaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin binası qarşısında aksiya keçirib. Qadın hüquqları fəallarının bildirdiyinə görə, Sevinc Məhərrəmovaya qarşı zorakılıqlarla bağlı polis idarəsinə dəfələrlə müraciət olunsa da, tərbirlərin görülməməsi nəticəsində ölüm hadisəsi baş verib. Rəsmi məlumatlara görə, 2021-ci ilin ilk yarım ili ərzində 33 qadın ölümlə nəticələnən zorakılığın qurbanı olub. İctimai fəal Nərmin Şahmarzadə Amerikanın Səsinə müsahibədə qadınlara qarşı zorakılıq halları, bunun səbəbləri və qarşısının alınması yolları, İstanbul Konvensiyasının qadın hüquqlarının müdafiəsində rolu haqda danışıb.