Nyut Qinqriçin kampaniyasının yardımçıları istefa verib

Nyut Qinqriçin kampaniyasının yardımçıları istefa verib

ABŞ Nümayəndələr Palatasının sabiq spikeri, 2012-ci il prezident yarışlarına qoşulan Nyut Qinqriçin kampaniyasının yardımçıları istefa verib. Həmin 16 adam arasında kampaniyanın meneceri Rob Conson, sözçüsü Rik Tayler, nominasiya prosesində mühüm əhəmiyyət kəsb edən Ayova və Cənubi Karolina ştatlarından bir necə məsləhətçi yer alır. May ayının 11-də Ağ Ev uğrunda kampaniyaya başladığından bəri Qingriç nailiyyətsizliyə uğrayıb. Respublikaçıların Medicare proqramının özəlləşdirilməsi planını tənqid etməklə qəzəblərə yol açıb. Hökumətin bu proqramı yaşlıları səhiyyə sığortası ilə təmin edir. Digər bir narazılıq onun xanımı ilə Yunanıstan adalarına bərabər ikihəftəlik səfərə çıxması ilə baş qaldırıb. Kampaniyasının istefasına baxmayaraq, Qinqriç Facebook-dakı səhifəsində bazar günü kampaniyasını Kaliforniya ştatının Los Anjeles şəhərində yeni başlanğıcla davam etdirəcəyini bəyan edib.