Nyu-Yorkluların bazar mədəniyyəti
Your browser doesn’t support HTML5
İnkişaf etmiş ölkələrin hamsında belədir - ayda 1-2 dəfə nəhəng supermarketə gedirsən, 10-15 günün azuqəsini arabaya yığıb aparırsan kassaya, kart hesabından pulunu ödəyirsən, vəssalam. O çörəyi kim bişirib? Aldığın meyvəni kim dərib? Tərəvəzi kim əkib becərib - səni heç maraqlandırmır da.Nyu-Yorkda bu modern reallığı bəyənməyən insanlar üçün alternativ alış-veriş üsulu var - fermer marketi, yəni, bazar.