Nyu-Yorkda yeni çovğuna cavab olaraq hazırlıq işləri aparılır

Nyu-Yorkda yeni çovğuna cavab olaraq hazırlıq işləri aparılır

Ötən ay güclü qarla bağlı lazımi tədbirlər görmədiyinə görə tənqid edilən Nyu-York şəhərinin meri Maykl Blumberq bu gün yeni çovğuna cavab olaraq hazırlıq işləri aparılmasına göstəriş verib. Milli Hava Xidməti bu gün şəhərə 12 sm qar yağacağını bildirib. Ötən ay Milad bayramından sonra Nyu-Yorka 50 sm hündürlüyündə qar yağmış, şəhəri iflic halına salmışdı. Yolların vaxtında təmizlənməməsi, xəstələrin xəstəxanalara çatdırılmasının mümkün olmaması, zibillərin daşınmamasına görə şəhər idarəsi ciddi tənqidlərlə qarşılaşmışdı. Mer Blumberq müxbirlərlə görüşü zamanı bildirib ki, bu dəfə satellit qurğularından istifadə edilərək, yardıma ehtiyac duyulan yerlər müəyyən ediləcək.