Nyu-York şəhərində metroya bomba yerləşdirən şəxs təxminən 10 il terrorçuları müəyyənləşdiməkdə və təqib etməkdə ABŞ rəsmilərinə kömək etdikdən sonra azadlığa buraxılıb.
Federal hakim cümə axşamı 33 yaşlı Najibulla Zazini göstərdiyi köməyə görə 10 il həbsə məhkum edib.
Najibulla artıq həmin 10 il həbs müddətini başa çatdırıb.
Birləşmiş Ştatlarda radikallaşan Zazi daha sonra Pakistanda Əl-Qaidə terror təşkilatı tərəfindən təlim keçib və böyük ehtimalla onu ömürlük həbs cəzası gözləyirdi.
Lakin federal prokurorlar bildirib ki, 2009-cu ildə onun həbsindən sonra Zazi ABŞ-ın terror-əleyhinə qrupuna fövqəladə yardımlar göstərib.