Nyu Yorkda Elşən Qəmbərovun şərəfinə turnir keçirilib

Your browser doesn’t support HTML5

Bruklində yerləşən “Bridge View” Futbol Akademiyasi Azərbaycan milli futbol komandasının sabiq hücumçusu Elşən Qəmbərovun ad günündə həvəskar futbolçular üçün yarış təşkil edib. Yarış həm futbol məktəbinin tələbələri, həm də məşqçiləri arasında keçirilib. Turnirin iştirakçılarına xatirə medalları təqdim olunub. Qaliblər isə xüsusi Elşən Qəmbərov kubokuyla təltif olunub.

Futbolçular Aron Zərbəliyev və Elşən Qəmbərov

Milli komandadan başqa Dinamo Bakı, Neftçi və Kəpəz kimi klublarda oynayan Elşən Qəmbərov yaradıcılığını Özbəkistanda davam etdirib. O, Səmərqəndin “Dinamo”və “Novbahor” klublarında oynayıb. Elşən artıq 10 ildir ki, Nyu Yorkda yaşayır. O, futbol fəalliyyətinə “Bridge View” futbol klubunda məşqçi olaraq davam edir. Elşən professional karyerası zamanı qazandığı təcrübəni Amerikada yaşayan 5-17 yaş aralığındakı uşaqlarla bölüşür.

“Bridge View” futbol məktəbinin sahiblərindən biri olan Oleq qeyd edib ki, Elşən bu məktəbə xeyli müştəri qazandırıb:

“Elşən bizim talismanımızdır. Klubdakı bütün fubtolçu və məşqçilərin rəğbətini qazanıb. Elşənin dərslərinə onlarla, yüzlərlə uşaq gəlir.”

“Bridge View” Futbol Akademiyası

Elşənin ad günündə vaxtilə peşəkar futbolçu olan Aron (Arif) Zərbəliyev də iştirak edib. Aron 90-cı illərdə Neftçi, Kəpəz və Qarabağ klublarında oynayıb. Tədbirin sonunda Elşən Qəmbərovu Azərbaycandakı həmkarları video mesaj vasitəsi ilə təbrik edib. Təbrik edənlər arasında Mahmud Qurbanov, Emin Ağayev, Zaur Tağızadə, Kazbek Tuayev kimi məşhur futbolçular olub.

Elşən Qəmbərovu ad günü münasibəti ilə təbrik edib. Amerikada futbolun vəziyyəti haqda məlumat aldıq:

“Burada futbol inkişaf edib. Bilirsiniz ki, 2026-cı ildə Dünya Çempionatı Amerikada keçiriləcək. Buna ciddi hazırlıqlar gedir. Son illərdə futbol burada çox məşhurlaşıb. Hətta Prezident Donald Trampın oğlu da futbol oynayır.”