Nyu Yorkda Elşən Qəmbərovun şərəfinə turnir keçirilib

Your browser doesn’t support HTML5

Bruklində yerləşən “Bridge View”  Futbol Akademiyası Azərbaycan milli futbol komandasının sabiq hücumçusu Elşən Qəmbərovun ad günündə həvəskar futbolçular üçün yarış təşkil edib. Yarış həm futbol məktəbinin tələbələri, həm də məşqçiləri arasında keçirilib. Turnirin iştirakçılarına xatirə medalları təqdim olunub. Qaliblər isə, xüsusi Elşən Qəmbərov kubokuyla təltif olunub.