Nyu-York Universitetinin azərbaycanlı tələbəsi və aktivist Emil İsmayılın Amerikanın Səsinə (www.amerikaninsesi.org) verdiyi məlumata görə, sabah, mart ayının 10-u Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş qərargahının önündə Nyu-Cersi, Massaçusets və Nyu-Yorkda yaşayan azərbaycanlıların nümayişi planlaşdırır. "Biz Azərbaycanda siyasi məhbusların azad edilməsini, gənc fəallara qarşı repressiyalara son qoyulmasını, eləcə də, orduda əsgər ölümlərinə son qoyulmasını və araşdırılmasını tələb edəcəyik" - deyə Emil İsmayıl bildirib.
Təşkilatçılar bildirir ki, aksiya iştirakçıları BMT və beynəlxalq ictimaiyyəti Azərbaycandakı demokratik hərəkata dəstək mahiyyəti ilə səslərini ucaltmağa çağıracaq.