Nyu Yorkda azərbaycanlı rəssamın sərgisi keçirilib

Your browser doesn’t support HTML5

Nyu Yorkda azərbaycanlı rəssamın sərgisi keçirilib

Fevralın 22-də Nyu Yorkda azərbaycanlı rəssam və heykəltaraş Emin Quliyevin fərdi sərgisi keçirilib. Emin Quliyev 30 ildir ki, müasir insənətlə məşğuldur. Onun əsərləri daha öncə Azərbaycan, Rusiya, Gürcüstanda sərgilənib. Bununla yanaşı onun yaradıcılığı Avropada və Amerikada keçirilən sərgilərdə də nümayiş olunub. Bu rəssamın Nyu Yokrda keçirdiyi ilk fərdi sərgisidir.

Azərbaycanlı rəssam Emin Quliyev

Sərgi “MadatArt” şirkəti tərəfindən təşkil olunub. Şirkətin kuratoru Marita Damenia bildirib ki, ilk dəfə azərbaycanlı rəssamla işləyir: “Azərbaycanlı incəsənət xadimlərini Amerikada tanıtdığımız üçün çox sevinirik”.

Emin Quliyev 1 il Sudanda yaşayıb. Buna görə, həm rəsm əsərlərində, həm də heykəllərində Afrika motivlərinə yer verir. Hal-hazırda isə rəssam Nyu Yorkda yaşayıb yaradır:

“Artıq 13 ildir ki, Amerikadayam. Art studiyada uşaqlara rəssamlıq dərsləri keçirəm. Boş vaxtımda öz yaradıcılığımla məşğul oluram. Əslində həm uşaqlarla, həm də yaradıcılıqla məşğul olmağa vaxt tapa bilirəm. Çünki uşaqlar böyük enerji mənbəyidir və onlardan çox şey öyrənirəm.”

Nyu Yorkda azərbaycanlı rəssam Emin Quliyevin sərgisi keçirilib

Sərgini görməyə gələnlərin arasında Emin Quliyevin tələbələri və onların valideynləri də var idi. Onun sevimli tələbəsi Viktoriyanın valideyni ilə söhbət etdik:

“Qızım artıq 3 ildir ki, Emin Quliyevin tələbəsidir. Emin çox alicənab insandır, çox istedadlıdır, amma ən əsası tələbələrinin istedadını üzə çıxarmağı bacarır. Qızımda böyük proqres müşahidə edirəm. Təkcə rəssamlığında deyil, həm də düşüncələrində irəliləyiş var. Daha intizamlıdır. Eminin sayəsində qızım tamamən dəyişdi”.

Nyu Yorkda azərbaycanlı rəssam Emin Quliyevin sərgisi keçirilib

Nyu Yorkdakı ilk sərgisi uğurla başa çatan Emin Quliyev bundan sonra həm Azərbaycan incəsənətini dünyada təmsil etməyə, həm də yeni sənətçilər yetişriməyə davam edəcək.