Nyu Yorkda Sevgililər Günü

Your browser doesn’t support HTML5

Nyu Yorkda sevgililər günü yarmarkası keçirilib. Bu yarmarkada yerli rəssamların, dülgərlərin, sənətçilərin əl işləri sərgilənib. Bruklində baş tutan bu bazarda qeyri-adi bəzək əşyaları, əlbisələr, oyuncaqlar satışa çıxarılıb. Həm də, müxtəlif xalqların milli yeməkləri, içkiləri təqdim olunub. Nyu York insanları bu yarmarkada yerli sənətçilərlə tanış olmaq şansı qazanıb.