Qətnamə Amerika-Azərbaycan Şurasının səyləri nəticəsində qəbul edilib
Nyu-York ştatının Senatında 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qəbul edilmiş qətnamənin rəsmi nüsxəsi Amerika-Azərbaycan Şurasına təqdim edilib.
Bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə pres-relizdə məlumat verilir.
3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilmişdir.
Amerika-Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul edilməsinə dair verdiyi açıqlamada sənədin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi bildirilmişdi.