Birləşmiş Ştatların müxtəlif ştatlarından minlərlə polis işçisi Nyu-Yorkda keçən ay hücum nəticəsində öldürülmüş polis zabiti Venyan Lyunun dəfnində iştirak edib.
Venyan Lyu və onun həmkarı Rafael Ramos dekabr ayında patrul maşınında olduqları zaman 28 yaşlı İsmayil Brinsli tərəfindən güllə ilə vurulub öldürülmüşdü. Hadisəni törədəndən sonra Brinsli yaxınlıqdakı metro stansiyasında özünü güllə vuraraq qətlə yetirib.
İsmayil Brinsli sosial mediada polis və hökumət əleyhinə mesajlar yerləşdirərək, 2014-cü ildə ağ polis zabitləri tərəfindən öldürülmüş silahsız qaradərili Maykl Braun və Erik Qarnerin qisasını alacağını söyləmişdi.
Qaradərili İsmayil Brinslinin öldürdüyü polis zabitlərindən biri asiya, digəri isə ispan mənşəlidir.
Bəzi polis zabitləri mərasimin keçirildiyi yerin qarşısında mer Blazionun çıxış etdiyi zaman dekabr ayında Rafael Ramosun dəfnində olduğu ona kimi arxalarını çeviriblər.
Şənbə günü Nyu York polis komissastı Uilyam Bratton polis zabitlərinə göndərdiyi açıqlamada Lyunun dəfn mərasimində heç bir siyasi bəyanat verilməsini istəmədiyini bildirib. O bildirib ki, dəfn mərasimi şikayət etmək deyil, matəm saxlamaq üçün keçirilir.
Nyu-Yorkda polis zabitlərinin öldürülməsi Birləşmiş Ştatlarda münsiflər məhkəməsinin Maykl Braun və Erik Qarnerin işi bağlı polis zabitlərinin məhkum olunmaması haqda qərar çıxarmasından sonra gərginliyin artdığı dövrə təsadf edir.
BMT-nin azlıqlar üzrə məruzəçisi Rita İzhaq Birləşmiş Ştatlarda polis qüvvələrinin işinin nəzərdən keçirilməsinə çağırıb.