COVID-19-un yeni episentri Nyu-Yorkdur

Nyu-yorklular koronavirusla bacardıqları qədər mübarizə aparır: hökumətin göstərişlərinə, səhiyyə orqanlarının tövsiyələrinə riayət edir və 2001-ci il sentyabrın 11-dəki terror hücumlarından sonra olduğu kimi bu bəla qarşısında güclü qalmağa çalışırlar.

Cümə günü isti hava şəraiti bir çox Nyu-yorklulu qaçış, velosiped sürmək və uşaqları ilə açıq havada gəzmək üçün parklara çıxmasına səbəb olub.

Lakin şəhərdə həyat normal deyil. Yoluxanların sayı hər saat artır. Nyu-York ştatında təqribən 16 000 təsdiqlənmiş yoluxma halı var ki, cümə günü bu rəqəm 5100, bir həftə əvvəl isə 800-dən çox idi.

Cons Hopkins Tibb Universitetindən bazar günü gecə verilən məlumata görə, Birləşmiş Ştatlarda 33 000-dən çox təsdiqlənmiş COVID-19 halı, 400-dən çox ölən var ki, onlardan 117-si Nyu-York ştatındadır.

Ştatın qubernatoru Kuomo yavaş reaksiyasına, xüsusən də COVID-19 testlərinin təsdiqlənməsinin gecikməsinə görə Trump administrasiyasını günahlandırır. Kuomo Nyu-Yorkda COVID-19-a ilk yoluxma halının martın 1-də təsdiqlədiyini bildirmişdi.

Federal hökumət Nyu-Yorka öz testlərini keçirməyə martın 11-də icazə verib və o vaxtdan bəri Nyu-York-da 45 000 insan testdən keçib.