Nyu-York rəsmiləri bildirir ki, şəhərə qarşı yayımlanan video təhdidindən başqa heç bir təhlükə yoxdur.
Nyu-York polis müvəkkili deyib ki, yayımlanan videoda görüntülər əvvəlki təhdid videolarından alınıb. Rəsmilər şəhərə qarşı heç bir təhlükənin olmadığını desələr də, Nyu-York terroristlərin birnömrəli hədəfi olaraq qalır.
Nyu-York şəhərinə qarşı edilən video təhdid Vaşinqton barədə İŞİD-in yayımladığı videodan bir neçə gün sonraya təsadüf edib.
ABŞ prezidenti Barak Obamanın məsləhətçiləri bildirib ki, Vaşinqtona qarşı hər hansı ciddi bir təhdid yoxdur.