Nyu-Yorkun ilkin bələdiyyə seçkilərində Bill de Blasio qələbə əldə edib. Səslərin 95 faizinin hesablanması onun ümumi səslərin 40 faizini əldə etdiyini göstərib.Beləliklə oktyabr ayının 1-də Bill Tompsonla keçiriləcək təkrar seçkilərə ehtiyac olmayacaq.
Seçkilərin yekun nəticələri bir neçə gündən sonra elan ediləcək. Blasio birinciliyini saxlaya bilsə, noyabr ayında ümummilli seçkilərdə respublikaçı namizəd Co Lhota ilə yarışacaq.
Liberal De Blasio hazırda Nyu-Yorkun daxili nəzarət idarəsinin rəhbəridir. O, yoxsullarla zənginlər arasındakı fərqin və “dayandır və yoxla” adı ilə tanınan polis səlahiyyətinin aradan qaldırılacağına vəd verib.
Tənqidçilər bu proqramı qaradərililər və digər azlıqların hüquqlarının pozulması kimi qiymətləndirir.
Nyu-Yorkun hazırkı meri Maykl Blumberq bunu cinayətkarlıqla effektiv mübarizə aləti adlandırır.