Nyu-York 11 sentyabr terror aksiyalarından 10 il sonra

  • Amerikanın səsi

Nyu-York 11 sentyabr terror aksiyalarından 10 il sonra

11 sentyabr terror aksiyalarından 10 il sonra Nyu-York şəhərində terror hücumlarına cəhdlər olub. Lakin bütün bunlarla yanaşı şəhərdə yenidənqurma işləri davam etdirilir. İldə 40 milyon turisti cəlb edən Nyu-Yorkda zahirən dəyişiklik hiss edilmir.

Times meydanı maşın və insanlarla doludur. 5-ci avenyu cazibədarlığını hələ də saxlamaqdadır. Lakin Dünya Ticarət Mərkəzinin əkiz binalarının boş qalmış yeri dəyişikliklərin rəmzidir. Nyu-Yorkun terrorçuların hədəfi olmasına baxmayaraq, şəhər sakinləri hücumlar haqda düşünmək istəmir.

Bruklin məhəllsinin sakini Cen Caffe:“Bu icmanın, bu şəhərin bir parçası olmaq istəyirəm. Mən insanları sevirəm, müxtəlifliyi sevirəm. Müxtəlif dilləri eşitməkdən zövq alıram”.

Kolumbiya universitetinin professor, psixoloq Corc Bonanno nyu-yorkluların terror travmalarından digər amerikalılarla müqayisədə daha tez sağaldığını deyir. “Ölkənin digər bölgələrində 11 sentyabr hücumlarından bir necə il sonra nigaranlıq və stress daha yüksək idi. Bunu Nyu-Yorka şamil etmək olmaz” .

Lakin bəzi şəhər sakinləri hələ də narahtdır. Zudelka Sepada:

“Şəkilləri gördükdə hələ də ağlamaq istəyirəm. Çünki ağır xatirələr hələ də yaşayır”.

Zutelka Bronksda böyük ailəsi və 13 yaşlı qızı ilə yaşayır. Nyu-Yorku çox sevdiyini desə də, özünü təhlükəsiz hiss etmədiyini bildirir. O, ictimai nəqliyyat vasitələrindən ehtiyat edir. Zutelka qızının məkətbə getmək üçün metrodan istifadə etməsindən narahatdır.“Mən ona bir şey ola biləcəyindən qorxuram”.

Digərləri isə qorxuya əsas görmür. Nyu-York sakini Adam Sills deyir ki, ailəsi və uşağı onu Nyu-Yorka bağlayır.

“Ailə də daxil ediməklə,bura həyatın mərkəzinə çevrilib. Düşünürəm ki, uşaqlar və ailən olduğu yer dünyann ən mühüm yeridir” .

Gələn 20 il ərzidə Nyu-Yorka bir milyon insanın köçəcəyi təxmin edilir. Onlar üçün bu şəhər keçmiş deyil, hazırkı və gələcək həyat demək olacaq.