Azərbaycana iki günlük səfərim zamanı İranla nüvə sazişi ilə (5+1 formatı) bağlı müzakirələr aparıram. Artıq Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər nazirliklərində, Maliyyə Monitorinqi Xidmətində və Azərbaycan-ABŞ Ticarət Palatasında görüşlər keçirmşəm. Bu barədə bu günki brifinqdə ABŞ Dövlət Departamentinin İran işləri İdarəsinin direktoru Stiv Feqin deyib.
Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası 21 iyul tarixli 2231 saylı qətnaməsi ilə İranla nüvə sazişini bəyənib və sənəd oktyabrın 18-də qüvvəyə minib.
Onun sözlərinə görə, ABŞ İranla həmsərhəd ölkələrlə, o cümlədən maraqlı ölkələrlə müzakirələr aparır.
“Müzakirələrdə əsas məqsəd İranla nüvə sazişi sahəsində görülən işləri müzakirə etməkdir. İranın nüvə sazişinə əməl etməsi Beynəlxalq Atom Enerjisi Agentiliy (MAQATE) tərəfindən təsdiq edidikdən sonra sanskiyalar götürüləcək. Bu sahədə ABŞ götürdüyü öhdəliklərə sadiqdir”.
Dövlət Departamentinin İran işləri İdarəsinin direktorunun sözlərinə görə, Azərbaycan bu sazişdə maraqlı olduğunu bildirib.
“Azərbaycan biznesinin İranda maraqları var. Eyni zamanda İran öhdəliklərinə sadiq qalarsa nüvə enerjisindən yalnız sülh məqsədi ilə istifadə edəcək. İranın nüvə sazişinə əməl etməsi qlobal, regional, o cümlədən Azərbaycanın təhlükəsizliyinə töhvələr verəcək”, Stiv Feqin qeyd edib.
S.Feqin jurnalistlərin İranın sazişi yerinə yetirməsi barədə etmad məsələləri ilə bağlı sualının cavabında bildirib ki, bu sahədə MAQATE-nin çox güclü monitorinq mexanizmi var. “Bu mexanizmə bel bağlamaq olar”.
Bununla yanaşı, Dövlət Departamentinin İran işləri İdarəsinin direktoru Amerikanın Səsinin sualının cavabında deyib ki, İranın bu ilin oktyabrında ballastik raketlərin sınağını keçirməsi sazişi imzalayan tərəfləri, ABŞ-ı və BMT-ni narahat edib.
“Bu sınaqlar sazişə və BMT TŞ-nin qətnaməsinə tam ziddir. BMT hazırda bu istiqamətdə araşdırmalar aparır. Ballastik raketklərin yayılmasının qarşısını almaq üçün BMT çərçivəsində və bundan kənarda işlər aparırııq“, o qeyd edib.