Nüvə razılaşmasından sonra İranda həbs olunmuş ABŞ jurnalistlərinin azad edilməsi tələb olunur
Your browser doesn’t support HTML5
İranla nüvə razılığı əldə olunandan sonra İranda həbs olunan və itkin düşmüş dörd amerikalının ailələri və tərəfdarları onların geri qaytarılmalarına çağırırlar. Bəzi ABŞ qanunvericiləri bu dörd insanın azad olunmadığı təqdirdə nüvə sazişini dəstəkləməyəcəklərini deyiblər. Bu məsələ çərşənbə günü dövlət katibi Con Kerri, enerji naziri Ernest Moniz və maliyyə naziri Cek Lyu Nümayəndələr Palatasının üzvlərinə ötən həftə Vyanada əldə olunan razılığın detalları ilə bağlı məlumat verdikdən sonra gündəmə gəlib. Hər iki tərəfin rəsmiləri Vaşinqton və Tehranın nüvə razılığı tam təsdiq edildikdən sonra ikitərəfli məsələləri müzakirə edə biləcəklərini deyiblər.