“Ümid edirik hakimiyyət Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verəcək və biz təklif etdiyimiz üç yerdən birində mitinqimizi keçirəcəyik. İnamımız və iradımız ona əsaslanır ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda bütün inzibati ərazilərdə hər üç növ (mitinq, yürüş, piket-red.) aksiya keçirilməsi üçün yerlərin ayrılması nəzərdə tutulur. Həmin yerlər də ayrılıb və rəsmi dövlət səviyyəsində qərar verilib. İndi, “Məhsul” stadionunu əsas götürüb, aksiyaya icazə verməmək, yalnız, bu hakimiyyətin idarəçilik prinsipinə uyğun ola bilər.”
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Nurəddin Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə mitinq təyin edib. Mitinq seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək
Milli Şura mitinqin keçirilməsi üçün 3 yer təklif edib: 28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.
Mitinqə icazə verilmədiyi təqdirdə hansı addımların atılacağı ilə bağlı sualın cavabında Məmmədli deyib ki, “biz nikbin əhval-ruhiyyədəyik və həmin məsələ hələ müzakirə olunmur.”
Təbii ki, hakimiyyətin qanusuz davranışlarının bir sonu olmalıdır. Biz bu istiqamətdə mümkün olan hər şeyi edirik və müəyyən `a, b, s` planlarımız da var.
“Təbii ki, hakimiyyətin qanusuz davranışlarının bir sonu olmalıdır. Biz bu istiqamətdə mümkün olan hər şeyi edirik və müəyyən `a, b, s` planlarımız da var. Hər halda çalışırıq ki, ölkədə hakimiyyət-müxalifət münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslansın,” o qeyd edib.
Eyni zamanda, Nurəddin Məmmədli bildirib ki, zorakılıq Milli Şuranın siyasi mübarizəsinin forması deyil.
“Hakimiyyətin də zorakı davranışları sonda cəmiyyətdə radikallığın artması nəticəsində rejimi çox pis vəziyyətdə qoya bilər. Bundan isə hər birimiz əziyyət çəkəcəyik.”
O, mitinqdə başqa siyasi qüvvələrin iştirakı ilə bağlı danışıqların mövcud olmadığını bildirib.
“Amma Müsavat Partiyasının başqanı Arif Hacılı bütün tərəfdarlarını və Azərbaycan xalqını bu rejimə qarşı istənilən mübarizədə iştiraka səsləyib. Buna, biz, Azərbaycanda real müxalifət mövqeyində duran qüvvələrin həmrəyliyi kimi baxırıq.”
AXCP Ali Məclisinin sədri hesab edir ki, ölkədəki durum istənilən prosesin ümümxalq hətəkatına çevrilmə ehtimalı yaradır.
“Etiraf edim ki, biz bu mitinqi həm də Azərbaycanda bir test xarakterli yanaşma kimi dəyərləndiririk. Çünki bu aksiyada iştirak edən hər kəs həm xilas uğrunda mübarizəyə qoşulur, həm də, bu, xalqın ən böyük qələbəsidir. Rəy sorğusu və müşahidələrimiz mitinqdə daha çox insanın iştirak edəcəyini göstərir,” o qeyd edib.