Bu gün prezident Nursultan Nazarbayev prezidentliyə and içərək hakimiyyətinin üçüncü onilliyinə daxil olub.
Qazaxıstanı seçki rəsmiləri bazar günün səsverməsində cənab Nazarbayevin 95.5 faiz səslə qalib gəldiyini bildirirlər.
Lakin ATƏT seçkilərdə bir sıra pozuntular – bülletenlərin qutulara doldurulması, insanlara səsvermək üçün təzyiq göstərilməsi haqda şikayətlər aldığını xəbər verib. Qrup bildirib ki, məhz belə bir təzyiq vətəndaşların 90 faizinin səs verməsini izah edir.
Müxalifət cənab Nazarbayevin hakimiyyət dönəminin bitməsinə iki il qalmış keçirilən seçkiləri “şou” adlandıraraq onları baykot edib.