"Türkcə təqvimi nizama qarşı təbliğat hesab edirlər" [Audio-Müsahibə]

Türkcə təqvim

Bu yaxınlarda İranda nəşr edilmiş “türkcə təqvim” ilə əlaqədar olaraq nəzarət altına alınan Behnam Nurməhəmmədinin əmisi oğlu Amerikanın Səsinə müsahibə verib.

Your browser doesn’t support HTML5

Təqvim həbsi

Murtuz Nurməhəmmədinin dediklərinə görə, məsullar təqvim ilə bağlı tutulanların “rejimə qarşı təbliğat aparmaq”da ittiham edildiklərini bildiriblər.

Murtuz və Behnam Nurməhəmmədi

“Behnamın Tehranda dükanı var. Çap işindədir. 14 martda xəbər aldıq ki, onu gəlib iş yerindən alıblar... Məmurlar dükanda qalan 2 min ədəd təqvim, habelə laptop və telefonlarını aparıblar. Ailəsi gedib soruşub. Mən özüm də getdim. Dedilər [Tehranın] Evin həbsxanasındadır,” Behnam Nurməhəmmədinin əmisi oğlu söyləyir.

Bu fərqli bir təqvim deyil. Sadəcə türkcə yazılıb. Misal, bunda da ‘Aşura günü’ var amma farsca deyil, türkcə yazılıb...

O, məhbusun tutulduqdan təqribən bir həftə sonra ilk dəfə olaraq telefon vasitəsilə ailəsi ilə danışdığını bildirir: “Telefonda sadəcə deyib ki, mən Evin həbsxanasındayam. Nigaran olmayın. Başqa bir şey deməyib. Telefonu kəsiblər.”

İranın təhlükəsizlik qüvvələri daha sonra Mehdi Qəməri Binisli adlı digər bir türk fəalı da nəzarətə alıblar.

Murtuz Nurməhəmmədinin dediyinə görə, Qəməri də həmin təqvimin nəşri ilə əlaqəli olaraq həbs edilib. “Onun qardaşı Evin həbsxanasına müraciət edib. Məmurların ona verdiyi cavaba görə, Mehdi Qəməri bir sonrakı məlumata qədər nəzarətdə saxlanılacaq.”

İran Azərbaycanından Amerikanın Səsinə danışan fəalın sözlərinə görə, türkcə təqvimin nəşri ilə bağlı tutulanlar “rejimə qarşı təbliğat aparmaq”da günahlandırılırlar.

Behnamın həyat yoldaşı prokurorluğa gedib. Ona deyiblər ki, nizama qarşı təbliğat ittihamı ilə dosye təşkil edilib.

“Behnamın həyat yoldaşı prokurorluğa gedib. Ona deyiblər ki, nizama qarşı təbliğat ittihamı ilə dosye təşkil edilib. Yəni bunlar türkcə təqvimin məzmununu nizama qarşı təbliğat hesab edirlər,” deyə o qeyd edir.

Murtuz Nurməhəmmədi türkcə təqvimin məzmununu belə anladır: “Bu fərqli bir təqvim deyil. Sadəcə türkcə yazılıb. Misal, bunda da ‘Aşura günü’ var amma farsca deyil, türkcə yazılıb... ya misal üçün Səttar Xan və Bağır Xanın Tehrana giriş günü.. Şaban, Ramazan ayları, bunlar da var...”

Behnam Nurməhəmmədi

O, əlavə edir, “bu bir məhəlli təqvimdir. Azərbaycanla əlaqəlidir. Misal üçün, Təbriz Universitetinin təsis edildiyi gün yazılıb... Rəsmi təqvimdə bəlkə Dünya Ana Dili yazılmır. Burada yazılıb, 2 isfənd (21 fevral), Dünya Ana Dili Günü... Bir də, rəsmi təqvimlərdə Pişəvərinin adı gəlməz.. Burada var. Misal üçün, yazılıb, Pişəvərinin ölüm günü...”

Murtuz Nurməhəmmədi təqvimdə dərc olunanların İran İslam Respublikasının qanunları ilə heç bir ziddiyyət təşkil etmədiyini vurğulayaraq “nizama qarşı təbiğat” ittihamının yersiz olduğunu ifadə edir.