Prezident Obama: nüvə hücumu riski artmışdır

Bu gün Vaşinqtonda nüvə təhlükəsizliyinə dair sammitin sonuncu günü danışan cənab Obama deyib ki, ölkələr arasında nüvə müharibəsi təhlükəsi azalsa da, Əl-Qaidə kimi terror qrupları nüvə materialları əldə etməyə çalışır

ABŞ prezidenti Barak Obama deyib ki, terrorçular nüvə materialları əldə etməyə çalışdığı üçün nüvə hücumu riski artmışdır.

Bu gün Vaşinqtonda nüvə təhlükəsizliyinə dair sammitin sonuncu günü danışan cənab Obama deyib ki, ölkələr arasında nüvə müharibəsi təhlükəsi azalsa da, Əl-Qaidə kimi terror qrupları nüvə materialları əldə etməyə çalışır.

ABŞ prezidenti soyuq müharibə dövründən sonra dünya qarşısında olan yeni nüvə təhlükəsini “tarixin acı ironiyası” adlandırıb.

Dünyanın 47 ölkəsinin iştirak etdiyi Vaşinqton sammitinin sonunda birgə bəyanatın imzalanacağı gözlənilir.

Prezident Obama nüvə təhlükəsizliyinə dair növbəti sammitə Cənubi Koreyanın ev sahibliyini edəcəyini elan edib.