İnternet Putin mifini dağıdır

  • James Brooke

Rusiyada Vladimir Putin yenidən prezident seçildi. Amma müşahidəçilər onun hakimiyyətinin üçüncü dönəminin əvvəlki ikisindən xeyli fərqlənəcəyini güman edirlər.

Bu videoda Vladimir Putin mühakimə olunmur. Bu, prezident seçkilərindən öncə hazırlanmış anti-Putin videosudur.

http://www.youtube.com/embed/4PfdIfrRFeM

Üç milyon adamın baxdığı 50 saniyəlik video Rusiyada siyasi müharibənin kiberməkana köçdüyünü göstərir.

Rusiya seçicilərinin yarısı indi internedədir – bu rəqəm Putin Rusiya prezidentliyini tərk edəndə çox cüzi idi.

Rusiyalı radio və televiziya jurnalisti Konstantin von Eggert internetin təsirindən danışır:

“Bu, təbii ki, tabunu aradan qaldırır. Zənnimcə onun toxunulmaz, qüdrətli, hər şeyi bilən lider imici artıq yox olub.”

Putinin tərəfdarları Vladimir Vladimiroviç Putinin adının baş hərflərini təmsil edən “VVP” adlı musiq videosu ilə cavab qaytarırlar.

http://www.youtube.com/embed/KC7dGnOZv4A

Tacik müğənni Talibcon Qurbanxanov oxuyur:

VVP - o, ölkəni xilas etdi.

VVP - o, bizi qoruyur.

VVP - o, Rusiyanı qaldırdı

“Putinsiz Rusiya” videosu müasir çarsız Rusiyanın fəlakətli gələcəyinə nəzər salır. NATO Kalininqradı, Çin Sibiri, Yaponiya Vladivostoku zəbt edir. Ölkəni separatizm və anarxiya bürüyür.

Von Eggert internetin Rusiyada siyasi debatı sürətləndirdiyini və onu azad etdiyini düşünür:

"İnternetin Rusiyada yayılması hökumətin öz gündəlik agendasını cəmiyyətə sırımasına mane olur."

“Həqiqi Putin” videosu Putin və onun enerji biznesindəki yaxınlarının yaxtaları və saraylarını cizgiləndirir.

http://www.youtube.com/embed/DkHNe4yqUXY

Video rusların Putin hökumətinə qarşı başlıca şikayət mövzusu olan korrupsiyadan bəhs edir.

Yumordan istifadə edərək Kseniya Sobçak Putinə verilən filmləşdirilmiş dəstək aksiyalarını lağa qoyur.

Özlərinin şəhər snobları olmadıqlarını göstərməyə çalışan müxalifətçilər iki Rusiya desantı tərəfindən oxunan acı balladanı səsləndirirlər.

http://www.youtube.com/embed/dCrjfQjB5GU

“Sən məndən fərqli deyilsən, adamsan, Allah deyilsən. Mən də səndən fərqli deyiləm, adamam, əski deyiləm. Biz sizə yalan deməyə imkan verməyəcəyik. Biz sizə oğurlamağa imkan verməyəcəyik.”

May ayında Putin yenidən Kremlə qayıdır. Amma internetin sayəsində onun idarə etdiyi Rusiya əvvəlkindən daha skeptik və daha məlumatlı olacaq.