“Hesab edirəm ki, biz əlimizdən gələni etdik, ona görə bu məsələnin bizim ikitərəfli münasibətlərə hər hansı formada təsir göstərə biləcəyi barədə heç düşünmürəm”.
Xarici İşlər Nazirliyi dekabrın 10-da bəyanat yayaraq bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası danışıqlarında razılaşma əldə olunmayıb və stansiyanın istismarı dayandırılıb. Bununla bağlı Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Media forum” saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Rusiya-Azərbaycan münasibətlərinə təsir edə bilərmi?
- Azərbaycan müstəqillik qazandığı gündən dost, qonşu və bir tərəfdaş kimi Rusiya ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirib, bu istiqamətdə heç bir səyini əsirgəməyib. Hansı sahəni götürürsünüz götürün, biz çox uğurlu əməkdaşlıq etmişik. Eyni zamanda bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdiririk.
Qəbələ informasiya stansiyasına gəlincə, bununla bağlı da neçə il idi ki, Rusiya ilə Azərbaycan arasında hər iki tərəfin qəbul etdiyi əməkdaşlıq formatı var idi. Azərbaycan Rusiya ilə olan bütün bu münasibətləri nəzərə alaraq bu illər ərzində bir simvolik qiymətə Qəbələ informasiya stansiyasını Rusiyaya icarəyə verirdi. Münasibətlər bu istiqamətdə davam edirdi. Lakin 2012-ci ilin əvvəlindən iki ölkə arasında bu stansiya ilə əlaqədar danışıqlar gedirdi, danışıqların məqsədi də ondan ibarət idi ki, sözügedən məsələdə əməkdaşlıq davam etsin. Ancaq bu əməkdaşlığın bir qədər yeni formatda və yeni şərtlər çərçivəsində davam etməsini istəyirdik. Çünki Rusiyanın icarə haqqı kimi ödədiyi məbləğ, doğrudan da, çox simvolik xarakter daşıyırdı. Bununla bağlı mövqeyimizi dəfələrlə Rusiyaya bildirmişik. Biz Rusiya ilə iqtisadi əməkdaşlığın hamısını ən yüksək tələblər çərçivəsində qururuq. İstədik ki, Rusiya da Qəbələ informasiya stansiyası məsələsində əməkdaşlığı yeni şəraitə uyğun qursun və bizim əməkdaşlığımız davam etsin. Onlar bununla razılaşmadılar və bu, onların öz işidir. Hesab edirəm ki, biz əlimizdən gələni etdik, ona görə bu məsələnin bizim ikitərəfli münasibətlərə hər hansı formada təsir göstərə biləcəyi barədə heç düşünmürəm.
- Azərbaycanın şərtləri nə idi və Rusiya bunu niyə qəbul etmədi?
- İndi bunları açmağa ehtiyac yoxdur. Biz istəyirdik ki, Qəbələ informasiya stansiyasına icarə haqqı müəyyən mənada günün tələblərinə cavab versin. Çünki orada böyük, 200 hektardan çox ərazi tutulub. Xeyli insan işləyirdi. Qəbələ informasiya stansiyasının Rusiya üçün əhəmiyyəti az deyildi. Söhbət bundan gedir. Biz öz mövqeyimizi buna uyğun olaraq bildirmişdik. İndi konkret detallara keçməyə ehtiyac yoxdur. Sadəcə olaraq Rusiya belə bir qərar qəbul edib və bu, onların öz işidir. Hesab edirik ki, onların belə bir addım atmaq hüquqları var.
- RLS-in gələcək taleyi necə olacaq? Stansiya tam ləğv ediləcək, yoxsa başqa ölkəyə icarəyə veriləcək? Bununla bağlı hər hansı danışıqlar gedirmi?
- Bu haqda mətbuatda bəzi məsələlər yazılır və bunların hamısı jurnalistlərin təxəyyülünün məhsuludur. Hamı bilir ki, Qəbələ turizm rayonudur. Eyni zamanda orada kənd təsərrüfatı yaxşı inkişaf edə bilər. Amma Qəbələ əsasən bir turizm rayonu kimi bu gün bütün dünyanın diqqətini cəlb edib. Azərbaycana gələn qonaqlar da tez-tez ora gedirlər. Diplomatik korpusun nümayəndələri hər həftə ora səfərlər edirlər. Oranın gözəl təbiəti, ekologiyası var. Son zamanlar orada istirahət üçün, müəyyən tədbirlərin keçirilməsi üçün çox böyük şərait yaradılıb. Neçə-neçə otel tikilib. Hər il Qəbələdə bir sıra beynəlxalq və regional konfranslar keçirilir. Ona görə də Qəbələnin gələcək taleyi ilə bağlı heç bir problem yoxdur və olmayacaq da. Hesab edirəm ki, Qəbələnin gələcək təyinatı artıq müəyyənləşib. Stansiyanın taleyi ilə bağlı qərar bir qədər sonra qəbul ediləcək.
- Stansiyanın söküləcəyinə işarə edirsiz?
- Qərar qəbul ediləcək. İndi sökülmək deyəndə, biz yəqin ki, onu heç kimə istifadəyə verməyəcəyik. Hələlik mənim bununla bağlı heç bir məlumatım yoxdur. Bununla bağlı indiyədək heç bir danışıq da getməyib və belə bir danışıq gedə də bilməzdi. Çünki bu məsələdə Rusiya ilə işləyirdik, danışıqlar aparırdıq. Necə ola bilərdi ki, eyni vaxtda başqa kiminləsə danışıq aparaq? Azərbaycanın xarici siyasət kursunda belə addımlar atılmır.