Novruz Bayramı - Bazarlarda bayram alış-verişi
Your browser doesn’t support HTML5
Bakıda Novruz Bayramı qeyd olunur. Bu bayramın özünəməxsus adət-ənənələrindən biri də bayram süfrəsinin hazırlanmasıdır. Bayramla əlaqədar bazarlarda isə canlanma müşahidə olunur.
Satıcılar deyir ki, Covid-19 pandemiyası bu il də Novruz bayramı qabağı təsirsiz ötüşməyib. Onlar düşünür ki, müəyyən qədər alıcılıq qabiliyyəti artsa da, bazardakı vəziyyət ötən illərlə müqayisədə o qədər də ürəkaçan deyil.
Yarmarkada quru meyvə və çərəzlər də bolluq təşkil edir. Bununla yanaşı hər növ meyvə-tərəvəz da piştaxtaları bəzəyir.
Bayram süfrəsi üçün qoz ləpəsinin qiyməti 11 manatdan başlayaraq 20 manatadək dəyişir. Fındıq ləpəsi isə 10-12 manata təklif olunur. Bayram süfrəsinin bəzəyi olan plov üçün düyünün qiyməti 3-6 manata, şabalıd 5 manat, qaysı 6 manat, kişmişin qiyməti isə 3 manatdan 15 manatadək dəyişir.
Alıcılar isə deyir ki, bayram süfrəsi üçün bazarlığa ən azı 200 manat xərcləmək lazımdır.