Britaniyanın xəbər agentlikləri deyirlər ki, polis sabiq rusiyalı casus və onun qızının kimyəvi maddə ilə zəhərlənməsinin təşkilində iştirakda şübhəli şəxsləri müəyyən edib.
Mətbuat Assosiasiyası deyir ki, Sergey Skripal və qızı Yuliyanın Salisberidə mart ayında zəhərlənməsində bir neçə rusiyalı cəlb olumuşdu.
Rusiya bu hücumda iştirakını inkar edir.
Həmin hücum zamanı istifadə edilən Noviçok sinir maddəsinin bu ayın əvvəli Salisberi yaxınlığında yerləşən Amesberi şəhərində Daun Storgesin ölümünə səbəb olduğu bildirilir.
Storges və onun partyoru Çarli Rouli 30 iyun tarixində Noviçok maddəsi təsiri altında vəziyyətlərinin pisləşdiyi bildirilir.
Storgesin ölümü ilə bağlı tədqiqat cümə axşamı başlayacaq.