Norveçin torpaq sürüşməsi baş verən bölgəsində xilasetmə işləri davam edir

Paytaxtdan şimalındakı bir kəndddə azı yeddi nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsindən beş gün sonra rəsmilər hələ də sağ qalanların olduğuna ümid edir və axtarışların davam etririlməli olduğunda israr edib. Hadisə zamanı itkin düşən üç nəfər hələ də tapılmayıb.

Polis sözçüsü Rocer Pettersen Oslodan 25 kilometr şimal-şərqdə torpaq sürüçməsinə məruz qalan Ask kəndində axtarış səylərinin hələ də "xilasetmə əməliyyatı" olaraq davam etdiyini, lakin son bir neçə gündə yalnız cəsədlərin tapıldığını bildirib.

"Regionda temperaturun istilləşməsi bizə qarşı olsa da, itkin düşənlərin qala biləcəyi boşluqlar mövcüddür və bu, onların oralarda sağ qala biləcəyinin mümkün olduğu deməkdir" - deyə, xilasetmə əməliyyatında iştirak edən doktor Halvard Steyv bildirib.

Bazar ertəsi Ask-da tempreratur mənfi 8 dərəcə olub.

Müasir Norveç tarixində ən ağır torpaq sürüşməsinə məruz qalan 5000 nəfər əhalisi olan Ask bölgəsindəki çökmüş quyunun üzərundə vertolyotlar və istilik aşkarlayan kameralı dronlar uçur, patrul xidməti qrupları axtarış itləri ilə növbədə durur. Bölgədən azı 1000 nəfər evakuasiya edilib.

Çərşənbə günü səhər tezdən baş verən torpaq sürüşməsı krater kimi dərin bir quyu yaradaraq, Askdan keçən bir yolu kəsib. Uzunluğu 700 metr və eni 300 metrə qədər qədər olan quyunun kənarında bəzi binalar asılı vəziyyətdə qalıb. Hər birində 30-dan çox mənzil olan azı 9 bina dağıdılıb.