Norveçdə 77 nəfəri qətlə yetirən Anders Behrinq Breyvikin tək hərəkət etdiyinə inanılır

  • Amerikanın səsi

Norveçdə 77 nəfəri qətlə yetirən Anders Behrinq Breyvikin tək hərəkət etdiyinə inanılır

Norveç rəsmilərinin bildirdiyinə görə, iyul ayında 77 nəfəri qətlə yetirdiyini boynuna alan 32 yaşlı Anders Behrinq Breyvikin məhkəmə prosesinə qədər tək adamlıq kamerada qalmamasına icazə verilib. Prokuror Kristian Hatlo bu gün deyib ki, müstəntiqlər Oslo yaxınlığında gənclər düşərgəsində çox sayda insanı qətlə yetirən və patyaxtdakı hökumət binalarının yerləşdiyi yerə bomba qoyan Anders Behrinq Breyvikin tək hərəkət etdiyinə daha artıq inanırlar.y

Prokuror onu da əlavə edib ki, məhz bu səbəbə görə rəsmilər bazar ertəsi günü müddət bitdikdən sonra hakimdən Brevikin tək adamlıq kamerada qalmağa davam etməsini istəməyəcək. Lakin Breyvikin özünün təhlükəsizliyinə görə o, digər dustaqlardan ayrı saxlanılacaq.