Şimali Koreya liderinin Çinə səfər etməsi barədə şayiələr dolaşır

Şimali Koreyanın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyətinin Pekinə səfər etdiyi barədə məlumat verilməsi Şimali Koreya lideri Kim Conq Unun Çinə səfər etməsi barədə şayiələrə səbəb olub.

Bloomberg News adını açıqlamadığı üç mənbəyə əsasən Kimin Çinə elan edilməmiş səfər etdiyi barədə xəbər verib.

Cənub Koreya mətbuatı Şimali Koreya lideri deyil, onun bacısının nümayəndə heyətinə başçılıq etdiyini bildirib.

Bazar ertəsi Pekində çəkilmiş video görüntüdə maşın karvanı sürətlə hərəkət edərkən maşınlardan birinin Kimi daşıdığı görünüb.

Məlumat barədə rəsmi bəyanat açıqlanmayıb və məlumat nə Çin nə də Şimali Koreya dövlət mediyasında yayımlanmayıb.

Kimin Çinə səfər etməsi xəbəri doğrudursa, bu 2011-ci ildə hakimiyyətə gələn liderin xarici ölkəyə ilk səfəridir.

Bu həmçinin Kim və ABŞ prezidenti Donlad Tramp arasında potensial görüşqabağı mühüm diplomatik hazırlığa işarə edir.